Paşinyan Hasratyanı da vəzifədən azad etdirəcək? - DETALLAR

2018/12/34534-1545123752.jpg
Oxunub: 2802     13:10     18 Dekabr 2018    
Ermənistanın işğal altında olan Qarabağda qanunsuz hərbi birləşməsinin "mətbuat katibi" Senor Hasratyan vəzifəsindən azad olunma barədə raport yazmağa hazırlaşır.

Ordu.az xəbər verir ki, bu barədə erməni mətbuatında bir sıra məlumatlar yayılıb.

Xəbərlərdən məlum olur ki, Sasun Mikaelyanın məlum bəyanatı barədə Hasratyanın "Facebook"dakı yazısı Ermənistan hakimiyyəti tərəfindən bağışlanmayıb və o, bunun əvəzini vəzifəsindən azad olunma barədə raport yazmaqla ödəyəcək.

Senor Hasratyan “Hraparak” qəzetinin bu barədə sualını eşitdikdə qəzəblənərək sərt reaksiya verib: “Bu nə sualdır mənə veririsiniz? Raport yazası olsam, hamı biləcək. Sizin yazmağa başqa mövzunuz yoxdur, bu məlumatları hardan əldə edirsiz? Mənim də sizin barədə məlumatlarım var, indi onları deyim?”

"Vəzifədən azad olunmağa hazırlaşırsızmı?" sualına cavab verən Hasratyan bildirib ki, bu həqiqətə uyğun deyil.

Daha öncə qeyd edildiyi kimi, Qarabağdakı erməni hərbi birləşməsinin komandiri genereal-leytenant Levon Mnatsakanyan məhz bu yazıya görə vəzifəsindən azad edilib. Levon Mnatsakanyan jurnalistlərə cavabında bunu inkar etməyərək, bəlkə də azad olunmasına bu yazının səbəb olduğunu deyib.

Xatırladaq ki, Ermənistanın Talin şəhərində seçkiqabağı kompaniya zamanı Sasun Mikaelyanın özlərinin Qarabağda qalib gəldiklərini xatırladıb, Respublikada əldə edilən qələbənin isə Qarabağdan daha vacib olduğunu ifadə edib. Buna cavab olaraq öz "Facebook" səhifəsində açıqlama verən Hasratyan aşağıdakı fikirləri qeyd etsə də, sonradan silib: “İnsanın dediyi nə zaman birmənalı qəbul olunmur? Nə zaman ki, onun sözü yoxdur, amma danışmaq istəyi var. Bunun sübutu bu gün Sasun Mikaelyan tərəfindən edilən açıqlama və ya biri digərini idarə etməyə, yaxud köləlik cəhdlərinin ümummilli əlamətləridir. Bu vərdişlərdən, xüsusilə söhbət bizim minlərlə həlak olanların qanı hesabına başa gəlmiş Qarabağ müharibəsindən getdiyində uzaqlaşmaq üzərində çalışın".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Paşinyan   Diktator  


Bizi "telegram"da izləyin