Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, 1999-cu il təvəllüdlü, Rafiq Hakoboviç Vahanyan silahdan açılan atəş nəticəsində yaralanıb. O, dərhal hərbi hospitala təxliyyə edilib və vəziyyəti orta ağır olaraq qiymətləndirilir.
Əldə edilən məlumata görə, erməni hərbçi göz nahiyyəsindən aldığı odlu silah yarası xəsarəti diaqnozu ilə hospitala yerləşdirilib. Xankəndi hərbi hospitalının həkimləri ilkin tibbi yardım göstərdikdən sonra onu İrəvandakı "Muratsan" hərbi hospitalına təxliyyə ediblər.
Yaralı erməni hərbi qulluqçunun anası bildirib ki, oğlum Erebuni hərbi komissarlığından hərbi xidmətə çağırılıb: "Dünən bizə zəng edib dedilər ki, hərbi komissarlığa gedin, uşağın sənədlərini götürün və "Muratsan" hospitalına gedin, oğlunuzu Qarabağdan ora gətirirlər. Soyadı Vahranyan olan bizim oğlumuzun hansı şəraitdə, nə səbəbdən yaralanması barədə məlumatımız yoxdur. Hazırkı məqamda bizi yalnız uşağın taleyi maraqlandırır".
Hadisənin baş vermə səbəblərinin araşdırılması üçün istintaq tədbirləri aparılır.
Alpər Mövludoğlu
Ordu.az