Ordu.az xəbər verir ki, bu barədə bu gün Ermənistanın xüsusi istintaq komitəsinin sədri Sasun Xaçatryan bildirib.
Onun sözlərinə görə, Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyanla bağlı irəli sürülmüş ittiham yoxdur.
"Taktiki baxımdan nə zaman ittiham irəli sürülməsinə və hansı həbs qəti imkan tədbirinin seçilməsinə dair müstəntiq qərar qəbul edir. Bizi korrupsiya sxemlərində ifşa olunan, 1 mart hadisələri ilə bağlantısı olan sabiq hakimiyyət sahibləri mübarizə yolumuzda dayandırmaq istəyirlər", - deyə o qeyd edib.
Erməni jurnalistin "Seyran Ohanyan sizi məhkəməyə verə bilər deyə bir narahatlığınız yoxdur ki?" sualına Xaçatryan bu şəkildə cavab verib: "Əgər məhkəməyə verərsə, mən də məhkəməyə gedər və mövqeyimi məhkəmədə bildirərəm. Söhbət Seyran Ohanyan tərəfindən həmin gecə səsləndirdiyi bəyanatdan gedir. Həmin vaxt Ohanyan ordunun fövqəladə rejimin təmin edilməsində iştirak edəcəyi barədə fikir səsləndirib və vətəndaşlar tərəfindən fövqəladə rejimin istənilən pozuntusuna kəskin reaksiya veriləcəyinə dair xəbərdar edib. Biz bunu cinayətkar əməl hesab edirik, ancaq nə zaman ittiham irəli sürüləcək, buna müstəntiq qərara verir. Hazırda Seyran Ohanyanın şahid statusu var".
Qeyd edək ki, gizli səs yazısına əsasən Sasun Xaçatryan Ohanyanla bağlı belə deyib: "Seyranı da gətirəcəyik, ona görə ki, tamamilə başqa axmaqlıq edib. Seyranın günahı bilirsən nə dərəcədə əsaslandırılıb...”
Alpər Mövludoğlu
Ordu.az