Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın Xüsusi İstintaq Komitəsinin sədri Sasun Xaçatryan mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, Serj Sarkisyanın dindirilməyə çağırılması məsələsinə müstəntiq qərar verməlidir: "Bu məqamadək Serj Sarkisyanın dindirilməsi məqəsədəuyğun hesab edilməyib".
Xüsusi istintaq komitəsinin sədri, Serj Sarkisyanı "çox vacib şahid" hesab edir. Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan da 1 Mart hadisələri üzrə dindirilməyib.
"Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan da eyni qaydada, araşdırmanı aparan orqan tərəfindən məqsədəuyğun hesab edildiyi vaxtda dəvət edilərək, 1 Mart hadisələri üzrə dindiriləcək", - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az