Ermənistan MTX və XİX rəisi mətbuat konfransında - DETALLAR (CANLI)

2018/09/345345-(2)_1536669385.jpg
Oxunub: 1524     20:22     11 Sentyabr 2018    
Ermənistan MTX rəisi səs yazılarının onlara aid olmasını təsdiqləyib.

Ordu.az xəbər verir ki, bu gün Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan jurnalistlərə sosial şəbəkələrdə yayılan səs yazılarının onlara aid olduğunu təsdiqləyib.

"Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan və Ermənistanın xüsusi istintaq xidmətinin rəhbəri Sasun Xaçatryanın səs yazılarının yayılması çox təəccüblüdür. Bu çox narahatedici faktdır və bununla əlaqədar araşdırma aparılacaq", deyə Vanetsayn bildirib.

Onun sözlərinə görə, artıq prokurorluqda cinayət işi açılıb və bütün detallar məlum olacaq.

Xatırladaq ki, bu gün "Youtube" kanallarının birində qalmaqala səbəb olan Ermənistanın xüsusi istintaq xidmətinin rəhbəri Sasun Xaçatryan və milli təhlükəsizlik xidmətinin direktoru Artur Vanetsyan arasında Ermənistanın 2-ci prezidenti Robert Köçəryan, KTMT-nin baş katibi Yuri Xaçaturovun və Mikayel Harutyunyanın həbsi barədə gizli səs yazısı yayılıb.

Xaçaturovun həbs olunmamasını tövsiyə edən milli təhlükəsizlik xidmətinin direktoru Artur Vanetsyana xüsusi istintaq xidmətinin rəhbəri Sasun Xaçatryan müraciət edərək bildirir ki, Yuri Xaçaturov həbs olunmayanadək izahat verməyəcək.

Xüsusi istintaq xidmətinin rəhbəri Sasun Xaçatryan, "qoy iki gün həbs olunub ağlı başına gəlsin, izahat versin" deyə bildirir. Cavabında təhlükəsizlik xidmətinin direktoru Artur Vanetsyan bildirir: "Qoy yatsın".


Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   MTX   XİX   KTMT  


Bizi "telegram"da izləyin