Paşinyan təsdiqlədi: Ermənistan MTX və XİX rəisinin biabırçı səs yazısı yayılıb - YENİLƏNİB
Oxunub: 2150
19:28
11 Sentyabr 2018
Ermənistan milli təhlükəsizlik xidmətinin direktoru Artur Vanetsyan KTMT baş katibi Yuri Xaçaturovun əvəzinə, Ermənistanın sabiq müdafiə naziri Ohanyanı həbs etməyi təklif edib.
Ordu.az xəbər verir ki, səs yazısında Vanetsyan təklif edir ki, rusların qəzəbinə səbəb olmamaq üçün Xaçaturovun məsələsinə ciddi yanaşsınlar və onun əvəzinə Ohanyanı həbs etsinlər.
O, həmçinin Xaçaturovun müavini yəni general-leytenant Haykaz Bağmanyanın işinə də baxılmasını xatırladır. Tərəflərin səs yazısında hətta Seyran Ohanyana qarşı da ciddi ittihamların olduğu və onun da həbs ediləcəyi barədə fikir mübadiləsi aparılır.
Xüsusi istintaq xidmətinin rəhbəri Sasun Xaçatryan qeyd edir ki, Ohanyanın əhalini təhdid edərək, qoşun yeridəcəyi barədə xəbərdar etməsinə dair tutarlı dəlillər var.
*****
Paşinyan canlı yayımda MTX və XİX rəisinin biabrçı səs yazısını təsdiqləyib.
Ordu.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan "Facebook" sosial şəbəkəsində canlı yayımı zamanı Ermənistanın xüsusi istintaq xidmətinin rəhbəri Sasun Xaçatryan və milli təhlükəsizlik xidmətinin direktoru Artur Vanetsyan arasında Ermənistanın 2-ci prezidenti Robert Koçaryan və KTMT-nin baş katibi Yuri Xaçaturovun həbsi barədə səs yazısını təsdiqləyib.
Paşinyan bildirir ki, milli təhlükəsizlik xidmətinin direktoru Artur Vanetsyanı yanına çağıraraq mətbuat üçün açıqlama verməsinə dair göstəriş verib.
*****
Ermənistan milli təhlükəsizlik xidmətinin direktoru və xüsusi istintaq xidmətinin rəhbərinin biabırçı səs yazısı yayılıb.
Ordu.az xəbər verir ki, sentyabrın 5-də "Yotube"da adsız səhifələrin birində Ermənistanda böyük qalmaqala səbəb olacaq gizli səs yazısı yayılıb.
Məlumata görə, səs yazısı Ermənistanın xüsusi istintaq xidmətinin rəhbəri Sasun Xaçatryan və milli təhlükəsizlik xidmətinin direktoru Artur Vanetsyan arasında Ermənistanın 2-ci prezidenti Robert Koçaryan və KTMT-nin baş katibi Yuri Xaçaturovun həbsi barədə danışıqlardan ibarətdir.
Əgər səs yazısında danışanların doğrudan da xüsusi istintaq xidmətinin rəhbəri Sasun Xaçatryan və milli təhlükəsizlik xidmətinin direktoru Artur Vanetsyan olduğu təsdiqlənərsə, o zaman dərhal hər ikisinin istefaya göndəriləcəyi ehtimal edilir.