Ordu.az xəbər verir ki, bu barədə siyasi xadim, Ermənistan parlamentinin keçmiş sədr müavini Karapet Rubinyan öz "Facebook" səhifəsində yazıb.
O qeyd edib ki, Paşinyanın Rusiyanın Ermənistanı Suriya macərasına cəlb etməsi ilə bağlı qürurunu heç cür paylaşa bilmərəm.
"Cənab Paşinyan ictimaiyyətə özünü qurban etdiyi fədakarlıq qarşısında bu qərarı verməklə Ermənistanın əldə edəcəyi real və çox böyük nailiyyətlərini təqdim etməlidir və ya nə qədər gec deyil, mümkün qədər tez bir zamanda bu qərardan imtina etməlidir. Putinin Avrasiya üçün xeyirxahlığı Ermənistanın nailiyyəti hesab edilə bilməz", - deyə Rubinyan bildirib.
Qeyd edək ki, Karapet Rubinyanın oğlu Ruben Rubinyan Ermənistanın xarici işlər nazirinin müavinidir. O, Ermənistanda "Vətəndaş Müqaviləsi" partiyasının qurucu üzvüdür.
Alpər Mövludoğlu
Ordu.az