"Yeni erməni rəsmiləri kifayət qədər təcrübəyə malik deyil" - Skakov

2018/09/00-154_1536651509.jpg
Oxunub: 2072     15:37     11 Sentyabr 2018    
"İstənilən halda problemlər var. Yeni erməni rəsmilərinin problemləri həll etmək üçün kifayət qədər təcrübəyə malik olmadığı aydındır"

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu rusiyalı politoloq Aleksandr Skakov bildirib.

Onun sözlərinə görə, Moskva Ermənistanda hakimiyyətin dəyişməsindən sonra gözləntilərinin xəyal qırıqlığına gətirib çıxaracağından narahatdır.

"Ermənistanda hakimiyyətin dəyişməsi böyük ümidlərə səbəb oldu və indi Moskva bu gözləntilərin xəyal qırıqlığına gətirib çıxaracağından narahatdır. Əlbəttə ki, bütün nazirlər təcrübəli deyil. Amma bu praktikanı vaxt keçdikcə qazanacaqlar", - deyə politoloq qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-Rusiya   KTMT  


Bizi "telegram"da izləyin