Ordu.az xəbər verir ki, bu barədə Avropa araşdırmaları mərkəzinin rəhbəri Artur Qazinyan öz "Facebook" səhifəsində yazıb.
O qeyd edib ki, Ermənistan-Rusiya dövlətlərarası və Paşinyan-Putin şəxsi münasibətləri haqqında hələ 14 may tarixində Paşinyanın Soçiyə səfərə gedən gün açıqlama verib və erməni baş nazirin Rusiya qarşısında özünə haqq qazandırmasını bildirib.
"Əsas deyəcəyim fikir, dərhal Rusiya qarşısında özünə haqq qazandırmaq üzrə mənasız cəhdlərə son qoymaq, mümkün qədər ən qısa müddətdə Rusiyanın sadiqliyinə dair qənaətindən xilas olmaq kimi bir məqam üzərində cəmləşmişdi.
Hələ o zaman bilirdim ki, Rusiyada Paşinyanın özünə haqq qazandırmaq cəhdlərinə heç vaxt inanmayacaqlar və Ermənistan Respublikaçılar partiyasının nümayəndələrinin təqdim etməyə cəhd etdikləri kimi, Paşinyan heç vaxt Rusiyaya qarşı olan xadim olduğunu Putinə sübut edə bilməyəcək", - deyə o vurğulayıb.
Qazinyan, Paşinyanın məqamının ciddiliyini, əhəmiyyətini qoruyub saxlamadığını və ruslar qarşısında özünə haqq qazandırmağa, razı salmağa çalışdığını deyib: "Nəticədə Belarus, Qazaxstan və Rusiyanın digər tərəfdaşlarının Suriyaya hərbi bölmə göndərilməsindən birbaşa imtina etdiyi bir halda Ermənistan ordusunun bölməsinin göndərilməsinə razılıq verməyə məcbur oldu. Vaxtilə onun ağır nəticələrini dərk edən Serj Sarkisyan, bu konsepsiyanı rədd etmişdi
Ancaq Nikol öz "Duxov"u ilə (ruh yüksəkliyi) olduğunu gördüyü işlə sübut etdi və elə addım atdı ki, bu, birbaşa Ermənistanın təhlükəsizliyini təhlükə altına saldı. Dünən isə rusların əleyhinə heç bir sınaqların keçirilmədiyinə əmin etmək üçün, rus mütəxəssislərinin Amerika laboratoriyalarına daxil olmasına icazə verdiyini bəyan etdi. Maraqlıdır, Rusiyaya öz sadiqliyini və sədaqətini sübut etmək üçün daha nələr etməyə hazırdır".
Alpər Mövludoğlu
Ordu.az