Ordu.az xəbər verir ki, bunu erməni politoloq Artur Qazinyan Facebook səhifəsində yazıb.
"Ermənistan Respublikasının Konstitutsiyasında Ermənistan Silahlı Qüvvələrinin Ermənistan ərazisindən kənarda istifadəsi proseduru nəzərdə tutulmayıb və bu səbəbdən Ermənistan hökumətinin erməni silahlı qüvvələrinin Suriyaya göndərilməsi barədə qərarı konstitutsiyaya zidd olacaq", - deyə o qeyd edib.
Bununla da Qazinyan, Paşinyanın Suriyaya hərbi birləşmələr göndərmək qərarına etiraz edən ikinci politoloq olub.
Alpər Mövludoğlu
Ordu.az