Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, qarşıdurma Hasakanın Qamışlı şəhəri yaxınlığında baş verib.
Məlumata əsasən, baş verən döyüş nəticəsində terrorçular ordunun 7 hərbçisini öldürüblər. Eyni zamanda YPG/PKK terror qruplaşmasının bir neçə üzvü yaralanıb.
Qeyd edək ki, Hasakanın hazırda böyük qismi terrorçu qruplaşmanın, çox az hissəsi isə ordu qüvvələrinin nəzarətindədir. Həmçinin bölgədə ABŞ-a məxsus hərbi bazalar da mövcuddur.
Dəyanət Ağalarlı
Ordu.az