Erməni əsgərin sirli ölümü: Onu öldürdükdən sonra asmağa cəhd ediblər - ARAŞDIRMA (FOTO)

2018/09/123_1536389755.jpg
Oxunub: 2996     14:44     08 Sentyabr 2018    
Ermənistanın Kotayk vilayətinin Qetameç kənd sakini 22 yaşlı Vanik Qevorkyan işğal altında olan Qarabağ ərazisində qanunsuz dislokasiya olunan Ermənistan ordusunun hərbi hissələrindən birində xidmət edirdi. O, sirli şəraitdə Horadiz yaxınlığındakı Daşkəsən (“Ara ler” - Ara dağı) yaşayış məntəqəsində Ermənistan ordusunun qanunsuz dislokasiya olunan 25918 nömrəli artilleriya hərbi hissəsində öldürülüb.

Ordu.az-ın araşdırmasına görə, onun meyiti sentyabrın 2-də yarıdağılmış tikilidə, boğazına ip dolaşmış vəziyyətdə aşkar edilib. Boğazında boğulma əlamətlərinə bənzər xəsarət izləri aşkar edilib. İstintaq orqanı, ilkin olaraq əsgərin asılma yolu ilə intihar versiyasını irəli sürsə də, onun asılmış halda intihar edən şəxsə aid olmayan əlamət kimi ayaqları yerdə olan vəziyyətdə aşkar edilməsi bu versiyanın ziddiyyətli olduğunu göstərir.


İntihar versiyasi inandırıcı olmadığına görə, yayılan rəsmi məlumatda "hələlik tam məlum olmayan şəraitdə" deyə qeyd aparılıb.

"Komandirinin dediyinə görə, onun arxa nahiyəsi yerdən 15-20 sm yuxarı, ayaqları yerdə olub. Kəndir yarıdağılmış tikilinin pəncərəsindən asılmış, özü isə oturmuş vəziyyətdə aşkarlanıb. O, özünü belə vəziyyətdə necə asa bilərdi", - deyə atası Artur Qevorkyan etiraz edir.


Onlar övladları Vanik Qevorkyanın intiharına inanmırlar. Atası deyir ki, dəfndə iştirak edən Qarabağdan gəlmiş zabitlərdən ölüm hadisəsinin necə baş verdiyi barədə məlumat ala bilməyib.

"Onlar deyib ki, bizdə bilmirik ki, hadisə necə baş verib. Hadisənin şahidi yoxdur", - deyə o bildirir.

Ölən Vanik Qevorkyan fiziki cəhətdən sağlam, hündürboylu şəxs olub. Hərbi hissədə sürücü olan erməni əsgərini cüdo idmanı ilə məşgul olduğuna görə məğlub etməyin mümkünsüz olduğunu qeyd edən anası, başqa hadisələrin baş verdiyini, ölümün sirli qaldığını deyir. Onun fikrincə oğlunu öldürüblər, daha sonra asmaq istəslər də gücləri çatmayıb.


Ölən erməni əsgəri Vanik Qevorkyan Teatr İnstitutunun, operator bölməsinin məzunu olub və rejissor Aram Şahbazyanla bir yerdə işləyib. Rejissor Aram Şahbazyan qeyd edib ki, əgər desəydilər ki, Vanik Qevorkyanın ucbatından 5 nəfər özünü asıb mən buna inanardım, ancaq onun özünü asmasına inanmıram, bu absurddur. O, meyitin yarılmasında iştirak edib.

“Meyit üzərində zorakılıq əlamətləri olmasa da, boğazında kəsici olan ip vardı. Həkimlərin dediyi yeganə versiya bu işin sağ olarkən baş verməsidir. Onun meyiti aşkar edilərkən durduğu mövqe çox maraqlıdır. Çətin boğulma prosesinin müəyyən məqamında özünü xilas etməyə cəhd edib. Onun ayaqları yerə dəyən vəziyyətdə olub. O, ayağa qalxıb özünü xilas edə bilərdi. Ona görə də bu baş verənlər absurddur. Zorakılıq əlaməti olmasa da, ölüm baş verərkən orada digər şahidlərin olduğu istisna edilmir", - deyə Şahbazyan bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-əsgər   Ölüm   Cinayət  


Bizi "telegram"da izləyin