Ordu.az-ın Qarabağ bürosunun xəbərinə görə, işğalçı ordu Ağdam rayonunun Uzundərə adlanan ərazisində keçirdiyi hərbi təlimlərdə atıcı silahlar və iri çaplı pulemyotlarla yanaşı, ağır artilleriya silahlarından da istifadə edib.
Atəş səsləri Ağdam və Tərtər rayonunun cəbhəətrafı kəndlərindən açıq-aşkar eşidilib.
Xatırladaq ki, dünən səhər saatlarından başlayan təlimlər hazırda davam edir. Partlayış səsləri cəbhə bölgəsində yerləşən kənd sakinləri arasında heç bir təşviş yaratmır.
Elgün Gəncimsoy
Ordu.az