Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu gün İrəvana səfər edən ATƏT sədri Tomas Qreminqer Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanla görüşüb.
Ermənistanın xarici işlər naziri “Ermənistanla əməkdaşlıq proqramı” çərçivəsində Ermənistanın ATƏT-lə fəal əməkdaşlığı davam etdirmək niyyətində olduğunu bildirib.
Tərəflər həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli yolları və son vəziyyəti də müzakirə ediblər. Münqişənin beynəlxalq ictimaiyyətin mandatına sahib yeganə format olan ATƏT-in Minsk qrupu çərçivəsində yalnız sülh yolu ilə həllinin əhəmiyyəti vurğulanıb.
Alpər Mövludoğlu
Ordu.az