Qarabağda ölən erməni əsgər haqqında yeni məlumatlar - FOTO

2018/09/111_1536064172.jpg
Oxunub: 2073     20:27     04 Sentyabr 2018    
İşğal altında olan Qarabağın şimal istiqamətində ölən erməni əsgər haqqında yeni məlumatlar açıqlanıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, ölən Vanik Qevorkyan Ermənistanın Kotayk vilayətinin Qetameç kənd sakini olub.

Hərbi xidmətə gəlmədən öncə İrəvan Teatr və Kino Dövlət Universitetinin tələbəsi olub. O, ailənin böyük övladı olub və bir qardaşı var.

Xatırladaq ki, sentyabrın 2-də saat 21:00 radələrində Qarabağın şimal istiqamətində yerləşən hərbi hissələrdən birində, erməni hərbi qulluqçu 1996-cı il təvəllüdlü Vanik Artur Qevorqyan ölüb. Onun hansı vəziyyətdə öldüyü müəyyən edilməsə də, ilkin məlumatlara görə intihar edib.

Hadisənin detallarını öyrənmək üçün istintaq aparılır.


Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Ermənistan-ordusu   Ölüm  


Bizi "telegram"da izləyin