Ərdoğan Qarabağ barədə: “Azərbaycana dəstəyimizi davam etdirəcəyik”

2018/09/thumbs_b_c_c07b64a3766cc817cb3dd5cf17bd4962_1535960656.jpg
Oxunub: 4336     15:43     03 Sentyabr 2018    
“Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli üçün əlimizdən gələn dəstəyi göstərməyə davam edəcəyik”.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səsləndirib.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 6-cı Dövlət Rəhbərləri Zirvə sammitində iştirak edən Ərdoğan görüşdə Dağlıq Qarabağ münaqişəsini gündəmə gətirib.

O, türk dünyası olaraq sülh və inkişafı yaxından əlaqələndirən hər məsələyə diqqət göstərməli olduqlarını vurğulayıb və Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə dəstəkdə əllərindən gələni əsirgəməyəcəklərini dilə gətirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ərdoğan   Qarabağ  


Bizi "telegram"da izləyin