Husilər Səudiyyə gəmisini hədəf alıb

2018/08/f1f6c64c-7201-40a4-bbd2-5c3fd2d1109c_16x9_788x442_1535116499.jpg
Oxunub: 2228     21:10     24 Avqust 2018    
Husi qiyamçıları Qırmızı dənizdə hərəkət edən Səudiyyə Ərəbistanına məxsus yük gəmisinə hücum ediblər.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, qiyamçılar Qırmızı dənizdə hərəkətdə olan Səudiyyə Ərəbistanı bayrağı altında üzən hərbi yükdaşıma gəmisinə 2 raket zərbəsi endirib.

Məlumata əsasən, endirilən raketlərin hər ikisi Səudiyyə Ərəbistanına məxsus raketdən müdafiə sistemləri vasitəsilə məhv edilib, itki və ya maddi zərər yoxdur.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Səudiyyə-Ərəbistanı   Husilər   Qırmızı-Dəniz  


Bizi "telegram"da izləyin