Hindistan və Çin hərbi rabitəni gücləndirəcək

2018/08/23china-india_1535089159.jpg
Oxunub: 2638     13:40     24 Avqust 2018    
Hindistan və Çin Müdafiə nazirləri Nirmala Sitharaman və Vey Fenqe hərbi rabitə xətlərinin açılması ilə bağlı razılığa gəliblər.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, nazirlər bununla bağlı Anlaşma Memorandumunun hazırlanmasına qərar veriblər.

Məlumata görə, Anlaşma Memorandumu Doklam bənzəri qarşıdurmaların qarşısının alınması məqsədilə iki ölkənin silahlı qüvvələri arasında hərbi mübadilənin və əməkdaşlığın artırılmasını nəzərdə tutur.

Bildirilib ki, Memorandumunda həmçinin iki ordu arasında əlaqələrin genişləndirilməsi üçün birgə təlimlərin, peşəkar proqramların həyata keçirilməsi də qeyd edilib.

Sitharaman və Fenqe Narendra Modi və Si Tsinpinq arasında aprel ayında baş tutan görüş zamanı qəbul edilmiş qərarların tətbiqi yolları üzərində də müzakirələr aparıblar.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   Çin   Anlaşma-Memorandumu  


Bizi "telegram"da izləyin