Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Türkiyə Baş Qərargahının mətbuat xidməti yayıb.
Bildirilib ki, Türkiyə qırıcıları İraqın Həkürk vilayətində yerləşən PKK terror qruplaşmasına məxsus silah emalı bazasına aviazərbələr endirib.
Məlumata əsasən, hücum nəticəsində baza yerlə-yeksan edilib, çox sayda silah yararsız hala salınıb.
Rəsmi rəqəmlər açıqlanmasa da, aviazərbələr zamanı azı 6 terrorçunun məhv edildiyi ehtimal edilir.
Dəyanət Ağalarlı
Ordu.az