NATO-ya nöqtə-zərbə mərmiləri çatdırılıb

2018/08/39967426_300369064072379_1174317906394087424_n_1535019657.jpg
Oxunub: 2776     23:30     23 Avqust 2018    
NATO-nun Dəstək və Tədarük Agentliyi özünün ilk nöqtə-zərbə sursatları əldə edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, çatdırılan sursatlat Birləşmiş Ştatlarda istehsal olunub.

20 milyon dollarlıq sifariş əsasında istehsal edilən mərmilər qarşıdakı həftələrdə Belçika və Danimarka silahlı qüvvələrinə çatdırılacaq.

Qeyd edək ki, bu satınalma ilə bağlı qərar 2014-cü ildə NATO-nun Uelsdə baş tutan sammitində qəbul edilib. Mərmilərin tədarük proqramına NATO-nun 11 dövləti qoşulub.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   ABŞ  


Bizi "telegram"da izləyin