Çin və Hindistan MN rəhbərləri Doklamdan sonra ilk dəfə görüşdülər

2018/08/Wei-Nirmala-kzQB--621x414@LiveMint_1535017827.jpg
Oxunub: 3406     21:20     23 Avqust 2018    
Dehliyə rəsmi səfəri əsnasında Çin Müdafiə naziri Vey Fenqe hindistanlı həmkarı Nirmala Sitharamanla görüşüb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu, iki ölkə arasında baş verən Doklam böhranından sonra Müdafiə Nazirləri səviyyəsindəki ilk görüşdür.

4 günlük rəsmi səfəri çərçivəsində xanım Sitharamanla bir araya gələn Çin Müdafiə naziri görüş zamanı iki ölkə arasında yaşanan soyuq münasibətlərin regionun inkişafına mənfi təsir göstərdiyini bildirib.

O qeyd edib ki, Dehli və Pekin Doklam faciəsindən dərs götürməli və aralarındakı anlaşmazlıqları danışıqlar yolu ilə həll etməlidir.

Qeyd edək ki, Hindistan Müdafiə naziri Nirmala Sitharaman bu görüşü Doklam hadisəsindən sonra iki ölkə arasında keçirilən müxtəlif səviyyəli 20 sammit arasında ən təsirli görüş kimi xarakterizə edib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Hindistan  


Bizi "telegram"da izləyin