Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Kalaşnikov”un mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, təqdimat Rusiyanın Kubinka bölgəsində keçirilməkdə olan “Army – 2018” hərbi-texniki forumunda baş tutub.
Təqdim olunan platforma fövqəladə hal və xilasetmə, xüsusi təyinatlı əməliyyatlar, karqo çatdırılmaları, radio-texniki və kimyəvi informasiya toplama işlərində istifadə edilə bilər.
Robotlaşdırılmış platformanın öz rəqiblərindən nəzarət sistemi və video məlumat ötürmə qabiliyyətinə görə fərqləndiyi bildirilir.
Ağalar Ağalarlı
Ordu.az