Cənubi Koreya və Yaponiya hərbi informasiya sazişini genişləndirəcək

2018/08/39998615_223754548303584_760003104501399552_n_1535016960.jpg
Oxunub: 4122     19:44     23 Avqust 2018    
Cənubi Koreya və Yaponiya qarşılıqlı hərbi kəşfiyyat məlumatlarnın paylaşılması müqaviləsinin müddətini daha bir il uzatmağı qərara alıblar.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, tərəflər Koreya yarımadasında təhlükəsizlik vəziyyətini diqqətə alaraq sözügedən müqavilənin müddətinin uzadılmasına qərar veriblər.

Rəsmi Seul və Tokiodan olan rəsmilər Şimali Koreyanın nüvəsizləşdirilməsi və Koreya yarımadasında sülhün bərqərar edilməsi prosesində strateji rabitəyə ehtiyac olduğunu təsdiqləyiblər.

Qeyd edək ki, Hərbi İnformasiya Təhlükəsizlik Sazişi adlı müqavilə 2016-cı ilin noyabrında qəbul edilib və Pxenyanın raket qabiliyyətlərinə dair məlumatların qarşılıqlı olaraq paylaşılmasını nəzərdə tutur.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   Şimali-Koreya   Yaponiya  


Bizi "telegram"da izləyin