Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumatı yerli mənbələr yayıb.
Qeyd olunub ki, Yəmənin Tuheytəh vilayətinin Əl-Cəbəlih yaşayış məntəqəsi ətrafında baş verən qarşıdurmalar ərazidəki status-kvonu dəyişməyib.
Məlumata əsasən, qarşıdurmalar zamanı 46 koalisiya hərbçisi həlak olub, 57-si yaralanıb. Eyni zamanda Ərəb koalisiyasının 7 hərbi texnikası yararsız hala salınıb.
Qeyd edək ki, qiyamçıların itkisi ilə bağlı konkret rəqəmlər verilməsə də, onlarla husi üzvünün öldüyü və yaralandığı bildirilir.
Ağalar Ağalarlı
Ordu.az