Ordu.az “Japan Times”a istinadən xəbər verir ki, bu barədə “38 North” şirkətinin yayımladığı məlumatda qeyd olunub.
Belə ki, avqustun 16-da çəkilmiş Şimali Koreyanın əsas peyk atış təsisatı olan “Sohae”yə məxsus peyk görüntülərində təsisatda gedən işlərin dayandırıldığı aydın olub.
“38 North” qrupunun yaydığı məlumatda qeyd olunub ki, peyk görüntülərinə görə avqustun 3-dən etibarən poliqonda əhəmiyyətli sayıla biləcək iş görülməyib.
Qeyd edək ki, iyunun 12-də ABŞ prezidenti Donald Tramp və KXDR lideri Kim Çen In arasında keçirilmiş sammit zamanı əldə edilmiş qərara əsasən Şimali Koreya bu poliqonu məhv etməlidir.
Ağalar Ağalarlı
Ordu.az