ABŞ Çini LA-da hərbi bazalar tikməkdə ittiham edir

2018/08/08360987_xl_1535015263.jpg
Oxunub: 3598     17:10     23 Avqust 2018    
Birləşmiş Ştatlar Çini Latın Amerikası ölkələri ərazisində hərbi bazalar tikməkdə ittiham edir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, ABŞ-ın El Salvadordakı səfiri Cin Meyns Çinin “La Union” limanına yatırımının sadəcə bir liman investisiyası olmadığını iddia edib.

Onun sözlərinə görə, Çin bu limandan hərbi məqsədlər və Çinin regiondakı nüfuzunu artırmaq üçün istifadə etməyi planlaşdırır. Səfir bildirib ki, məsələ stratejidir və ABŞ baş verənləri yaxından izləyir.

Qeyd edək ki, Çin iki gün öncə El Salvadorla rəsmi olaraq əlaqələr formalaşdırdığını elan edib. El Salvador isə Tayvanın müttəfiqi olaraq tanınır. ABŞ Çinin qurmaq istədiyi əlaqələrin hərbi məqsəd daşıdığını iddia edir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Çin   Latın-Amerikası  


Bizi "telegram"da izləyin