Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə İran İnqilab Keşikçiləri Korpusunun rəsmisi Əhməd Hatəmi danışıb.
Con Boltonun üç günlük İsraildə səfərdə olduğu bir vaxtda Hatəmi öz Livandakı müttəfiqlərindən İsrailin vurulmasında istifadə edilə biləcəyini vurğulayıb. O, həmçinin, qeyd edib ki, ABŞ İranla münaqişəyə girmək istəmir.
Bolton isə ABŞ rəsmilərinin əvvəlki bəyanatlarından fərqli olaraq ABŞ-ın İranda hakimiyyət dəyişikliyi düşünmədiyini, lakin öz davranışlarını dəyişdirənə qədər İrana maksimum təzyiq ediləcəyini bəyan edib.
O, həmçinin İrana bağlı qüvvələrin İsraillə sərhədə sahib Suriyadan çıxarılmasına dair planları da yenidən xatırladıb və bu istiqamətdə Rusiya prezidenti Vladimir Putinlə birlikdə işlər görüldüyünü iddia edib.
Ağalar Ağalarlı
Ordu.az