ABŞ ordusu Tokio yaxınlığına 5 ədəd “Osprey” yerləşdirəcək

2018/08/39970281_745269015814286_4319517423553216512_n_1535009372.jpg
Oxunub: 1999     15:17     23 Avqust 2018    
ABŞ ordusu Yaponiyanın paytaxtı Tokionun yaxınlığında yerləşən “Yokota” aviabazasına beş ədəd “Osprey” təyyarəsi yerləşdirəcək.

Ordu.az “Japan Times”a istinadən xəbər verir ki, bu barədə Yaponiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, təyyarələrin yerləşdirilməsi oktyabrın 1-də həyata keçiriləcək. Təyyarələr müxtəlif problemlərə qarşı havadan daha cəld reaksiya verilməsinə kömək edəcək.

Qeyd edək ki, Yaponiya Quru Özünümüdafiə Qüvvələri “Saga” aeroportuna isə ümumilikdə 17 ədəd “Osprey” yerləşdirməyi planlaşdırır.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya   Osprey   Yokota  


Bizi "telegram"da izləyin