Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə “Taliban”ın nümayəndəsi Zabihulla Mücahid bəyan edib.
Onun sözlərinə görə, qiyamçıların liderləri Rusiya rəhbərliyində həyata keçiriləcək danışıqlarda iştirak etməyə qərar veriblər. “Taliban”ın bəyanatından bir neçə saat öncə isə Əfqanıstan hökuməti bu danışıqlara qatılmayacağını bildirib.
Qeyd edək ki, Rusiya bu danışıqlara ABŞ da daxil olmaqla bir çox ölkəni dəvət etsə də, rəsmi Vaşinqton və Kabil iştirakdan imtina ediblər.
Əfqanıstan münaqişəsinin həllinə dair sentyabrın dördündə Rusiyanın paytaxtı Moskvada keçirilməsi planlaşdırılan danışıqlarda azı 4 “Taliban” nümayəndəsinin iştirakı gözlənilir.
Ağalar Ağalarlı
Ordu.az