Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Bolton Rusiyanın Suriyada çaşqın vəziyyətdə olduğunu iddia edib.
O bildirib ki, Rusiya tətbiq edilən sanksiyalardan sonra Suriyada müharibə sonrası yenidənqurma mərhələsi üçün ABŞ-ın dəstəyinə ehtiyac duyur.
"Rusiya hazırda çaşqın vəziyyətdədir. Sanksiyaların ortaya çıxardığı bu çətin dövrdə Rusiya Suriyada yenidənqurma işlərində ABŞ-ın dəstəyini axtarır. Biz bu dəstəyi göstərə bilərik. Lakin ilk olaraq İdlibdəki vəziyyəti müəyyən etməliyik. Suriya hökumət qüvvələrinin İdlibdə kimyəvi silahlar istifadə etdiyi müəyyən edilərsə, ABŞ buna ən kəskin şəkildə cavab verəcək", - deyə müşavir qeyd edib.
Dəyanət Ağalarlı
Ordu.az