Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə “General Dynamics”in mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, 134 milyon dollar dəyərində olan müqavilə əsasında kompaniya MQ-9-lar üçün hazırlanmış sensorların uçuş əsnasında sınağını keçirəcək.
Sınaqlar ABŞ-ın Kaliforniya ştatında baş tutacaq və 2021-ci ilin oktyabrına qədər yekunlaşacaq.
Qeyd edək ki, “Reaper”lər MQ-1 “Predator” dronlarının xələfləri hesab edilirlər. Onlar öz sələflərinə nisbətdə daha böyükdür və daha çox silahla təchiz edilib.
Dəyanət Ağalarlı
Ordu.az