Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, müqavilənin tam dəyəri 151,3 milyon dollardır. O, kreyserin təmiri ilə yanaşı, onun baxımının və modernizasiyasının həyata keçirilməsini də əhatə edir.
Müqavilənin müddəti 2020-ci ilin martında yekunlaşsa da, dəyərin 146,3 milyon dolları cari maliyyə ilində ödəniləcək.
Dəyanət Ağalarlı
Ordu.az