Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə təhlükəsizlik qüvvələrinə yaxın mənbə bildirib.
Mənbənin məlumatına görə, məhv edilən terrorçu “Türk Tarık” ləqəbli Barış Önərdir. O, bu gün TSQ-nin bölgədə PKK-ya qarşı həyata keçirdiyi əməliyyat nəticəsində zərərsizləşdirilib.
Saat 06:00 radələrində həyata keçirilən əməliyyat nəticəsində Barış Önərlə yanaşı daha bir terrorçu da məhv edilib.
Dəyanət Ağalarlı
Ordu.az