UVZ yeni tankın istehsalına hazır olduğunu bildirib

2018/08/1201190_1534934238.jpg
Oxunub: 2901     22:16     22 Avqust 2018    
Rusiyanın “Rostec” kompaniyasının alt qurumu “Uralvaqonzavod” (UVZ) tezliklə yeni ağır tank ərsəyə gətirməyə hazır olduğunu bəyan edib.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə UVZ-nin mətbuat xidmətinin yaydığı bəyanatda “Armata” platforması üzərində yeni 152 mm-lik lüləyə sahib tankın istehsalı üçün hazır olduğu bildirilib.

Bəyanatda o da qeyd olunub ki, bu tankın istehsalı üçün hər şey hazırdır və bundan sonrakı addımlar müştərilərdən və Rusiya Müdafiə Nazirliyinin verəcəyi qərardan asılıdır.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   UVZ   Armata  


Bizi "telegram"da izləyin