“Lockheed”in yeni GPS III peyki bütün sınaqları tamamlayıb

2018/08/RJOUS3NXABD2XC4TRMJQSCUZ5U_1534934158.jpg
Oxunub: 2311     22:50     22 Avqust 2018    
“Lockheed Martin”in istehsal etdiyi ikinci GPS III peyki bütün texniki və təhlükəsizlik sınaqlarını uğurla tamamlayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə kompaniyanın mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, ABŞ Hərbi Hava Qüvvələrinin sifarişi əsasında hazırlanan peyk zəruri bütün sınaqları uğurla tamamlayıb və artıq missiya üçün tam hazırdır.

Onun 2019-cu ildə orbitə göndərilməsi gözlənilir. Bu peyklərin birincisi isə 2017-ci ilin sentyabrından bütün sınaqları başa vurub və bu ilin sonlarında “SpaceX” firmasının “Falcon 9” raketi ilə Floridadan kosmosa göndəriləcək.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lockheed-Martin   GPS-III   ABŞ-HHQ  


Bizi "telegram"da izləyin