Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ HHQ-nin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, müqavilənin ümumi dəyəri 620 milyon dollardır. Onun ilkin müddəti 3 il nəzərdə tutulsa da, daha sonra iki dəfə bir olmaqla uzadıla bilər.
Müqaviləyə əsasən “Leidos” ABŞ HHQ-nin istifadəsində olan F-16 təyyarələrinin avionik sistemlərə olan ehtiyacını təmin edəcək.
Ağalar Ağalarlı
Ordu.az