Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri ABŞ-ın Cənubi Koreyadakı qüvvələrinin komandanı general Vinsent Bruks dilə gətirib.
“Mən hazır olmamağa dair göstəriş almamışam. Heç kəs mənə burada, Cənubi Koreyada gördüyümüz ciddi peşəkar işin hazırlığını aşağı sal deməyib”, - deyə general bildirib.
Onun sözlərinə görə, istər diplomatik cəhdlər, istərsə də hərbi təlimlərin dayandırılması kimi addımlar olsun, bunların heç biri Cənubi Koreyadakı ABŞ ordusunun mövqeyinə təsir etməyib.
Dəyanət Ağalarlı
Ordu.az