Ukrayna özünün sadə tank əleyhinə PUA-sını təqdim edib

2018/08/received_2086829298247869_1534865176.jpeg
Oxunub: 1472     23:32     21 Avqust 2018    
Ukraynanın pilotsuz uçuş aparatlarının istehsalı üzrə ixtisaslaşan “Matrix UAV” şirkəti özünün ilk sadə tank əleyhinə dronunu təqdim edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı şirkət rəsmisi Yuri Kasyanov bildirib.

O qeyd edib ki, pilotsuz uçuş aparatı şirkətin tank əleyhinə silahlarının ilk versiyası olmasına baxmayaraq kifayət qədər uğurlu alınıb.

Belə ki, dron 2 ədəd RPG22/26 tank əleyhinə raket daşımaq qabiliyyətinə sahibdir. Təchiz edilən raketlərlə 19 kilometr məsafəyə qədər obyektləri tam dəqiqliklə hədəf almaq mümkündür.

Qeyd edək ki, sınaqlar keçirildikdən sonra PUA-nın geniş miqyaslı istehsalı həyata keçirilməyəcək, əvəzində şirkət onun təkmilləşdirilməsi üzərində işlərə davam edəcək.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Tank-Əleyhinə-Dron   Matrix-UAV   PUA  


Bizi "telegram"da izləyin