Ordu.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ukraynanın dövlət hərbi sənaye konserni olan “Ukroboronprom”un mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, yeni tank “Ukroboronprom”un altı qurumu olan Xarkiv Morozov Maşınqayırma Layihələndirmə Bürosu tərəfindən ərsəyə gətirilib.
Onun T-84-120 “Yatahan” tankının təkmilləşdirilmiş versiyası olduğu və NATO standartlarına uyğun istehsal edildiyi bildirilir.
Qeyd edək ki, T-84-120 “Yatahan” əsas döyüş tankıdır. O, 120 mm-lik topla təchiz olunub. NATO standartlarına uyğun detalların əlavə edilməsi onun zərbə radiusunu genişləndirəcək.
Ağalar Ağalarlı
Ordu.az