İŞİD-in hücumunda 3 İraq əsgəri yaralanıb

2018/08/Four-Iraqi-soldiers-were-killed-in-Al-Shirqat-in-an-explosion,-June-2,-2018-yaqein_1534858428.jpg
Oxunub: 1464     21:33     21 Avqust 2018    
İŞİD terrorçuları İraqın Tuz Xurmatu şəhəri yaxınlığındakı kəndlərdən birində hərbçilərə hücum ediblər.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Tuz Xurmatu merliyinin mətbuat katibi Məhəmməd Fayiq bildirib.

Məlumata görə, hücum zamanı terrorçular hökumət qüvvələrinin kənddəki postunu hədəf alıblar.

Hücum nəticəsində İraq ordusunun azı 3 hərbçisi yaralanıb. Hücumdan sonra aradan çıxmağı bacaran terrorçuların ələ keçirilməsi istiqamətində əməliyyat başladılıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İraq.İŞİD   Terror  


Bizi "telegram"da izləyin