Ordu.az “Al Masdar” agentliyinə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Suriya Müdafiə Nazirliyi yayıb.
Bildirilib ki, terrorçular Latakiyanın şimalında nəzarət altında saxladıqları bölgələrdən tamamilə çıxarılıblar.
Belə ki, ordunun bölgənin Təl Zivəqiyət təpəlikləri yaxınlığında terrorçulara məxsus mövqelərə endirdiyi artilleriya hücumları hər 2 qruplaşmanı bölgədən çıxmağa məcbur edib.
Məlumata əsasən, əməliyyatlar zamanı azı 40 terrorçu məhv edilib, 20-dən çoxu yaralanıb.
Dəyanət Ağalarlı
Ordu.az