“İran silah yarışına girmədən öz hərbi ehtiyacını qarşılayır” – Hatəmi

2018/08/13970522000671_PhotoI_1534855231.jpg
Oxunub: 4095     20:39     21 Avqust 2018    
“Bəzi regional dövlətlərin apardığı silah yarışından kənar duraraq İran öz hərbi ehtiyaclarını özü istehsal edir”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri İran Müdafiə naziri briqada generalı Əmir Hatəmi səsləndirib.

“Bu gün biz bu şərtlər daxilində belə düşmənlərin müdafiə gücünü kölgə altına qoya bilirik və heç kim İrana qarşı hərbi təhdiddən danışmır. Bu gün biz silah yarışına girmədən öz hərbi ehtiyaclarımızı yerli istehsal gücü ilə qarşılaya bilirik”, - deyə Hatəmi bildirib.

O, ölkənin müdafiə qabiliyyətinin milli müdafiə sənayesi üzərində qurulduğuna diqqət çəkərək, minimum xərclə və regionun digər dövlətlərinə müqayisədə daha ucuz ərsəyə gəldiyini vurğulayıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Hərbi-təhdid  


Bizi "telegram"da izləyin