Ordu.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ukraynanın hərbi rəsmisi Aleksandr Ştupun bildirib.
Onun sözlərinə görə, RS-80 “Oskol” raketinin istehsal prosesi tamamilə Ukrayna daxilində baş tutub.
Çernişevdə yerləşən Dövlət Silah və Hərbi Ləvazimatların Sınağı və Sertifikatlaşdırılması İnstitutunun briqadası tərəfindən həyata keçirilən sınaq uğurla həyata keçirilib. Raketin sınağında Mi-8 helikopterindən istifadə olunub.
Təxminən 300-ə qədər RS-80 raketinin sınaqdan keçirildiyi bildirilir. Üç gün davam edən sınaq mərhələsində raketin taktiki və texniki xüsusiyyətlərinin gözlənilən səviyyədə olduğu aydın olub.
Ağalar Ağalarlı
Ordu.az