MacB ABŞ HHQ ilə 47 milyon dollarlıq müqavilə imzalayıb

2018/08/45645_1534842120.png
Oxunub: 3165     17:00     21 Avqust 2018    
“MacAulay-Brown” (MacB) kompaniyası ABŞ Hərbi Hava Qüvvələrinin Texnologiya İnstitutu ilə yeni müqavilə imzalayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, dörd illik bağlanan müqavilənin ümumi dəyəri 47 milyon dollardır. Müqavilənin məqsədi isə ABŞ HHQ-nin bütün silah sistemləri proqramları üçün strateji dəyərləndirmə və analizlərin hazırlanmasıdır.

Qeyd edək ki, MacB kompaniyası ABŞ-ın kəşfiyyat, analiz, kibertəhlükəsizlik, tədqiqat və təkmilləşdirmə və digər sahələr üzrə ixtisaslaşmış kompaniyasıdır.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MacB   ABŞ   HHQ  


Bizi "telegram"da izləyin