Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Leyen Maliyyə naziri və millət vəkilləri ilə görüşlərində bu istiqamətdə yaxşı nəticə əldə edəcəyinə inandığını bildirib.
Leyen Almaniyanın ağır yük helikopter proqramı və digər silah satınalmaları ilə bağlı layihələrin gələcəyinə dair sualı cavablandırarkən, ölkənin aydın prioritetlərinin olduğunu və buna görə də nikbinliyini qoruduğunu söyləyib.
Qeyd edək ki, Almaniyanın 2019-cu il üçün büdcə planında müdafiə sənayesinə ayrılan vəsait ötən ilə nisbətdə 4 milyard avro artırılaraq 42,9 milyard avroya çatdırılıb. Lakin Leyen bunun kifayət etmədiyini və daha çox vəsaitə ehtiyac olduğunu iddia edir.
Ağalar Ağalarlı
Ordu.az