Ordu.az “Tasnim News”a istinadən xəbər verir ki, təyyarənin həm dizaynı, həm də istehsalı yerli ekspertlər tərəfindən həyata keçirilib.
“Kövsər” adı verilən təyyarə ölkənin avqustun 22-də qeyd olunan Milli Müdafiə Sənayesi Günü ərəfəsində təqdim edilib.
Onun İran Müdafiə Nazirliyinin ekspertləri tərəfindən göstərilən intensiv tədqiqat və istehsal səyləri nəticəsində ərsəyə gəldiyi bildirilir. Təyyarə müxtəlif növ silahlar daşımağa və qısa hava dəstək missiyalarında istifadə edilməyə uyğundur.
“Kövsər”in yüksək inteqrasiya edilmiş arxitekturası və dördüncü nəsil rəqəmsal məlumat şəbəkəsindən istifadə edən atışa nəzarət sistemi var.
Ağalar Ağalarlı
Ordu.az