Terrorçular Suriya-Türkiyə sərhədi yaxınlığında SQQ-yə hücum ediblər

2018/08/T-72-Nusra-tank-597x336_1534840646.jpg
Oxunub: 1665     16:42     21 Avqust 2018    
Latakiyanın şimalındakı terrorçular bu gecə Suriya-Türkiyə sərhədi yaxınlığında Suriya Quru Qoşunlarının mövqelərinə hücum ediblər.

Ordu.az “Al-Masdar” agentliyinə istinadən xəbər verir ki, bu barədə Latakiyada olan hərbi mənbə bidlirib.

Məlumata görə, “Təhrir əş-Şam”ın başçılıq etdiyi hücum zamanı terrorçular SQQ-nin Zivaqiyə oxu boyunca olan müdafiə xəttini yarmağa və buradakı postları tutmağa çalışıblar.

Buna baxmayaraq, hücuma çevik reaksiya verə bilən hökumət qüvvələri qısa çəkən döyüş nəticəsində terrorçuların bu cəhdlərini nəticəsiz qoyub. Üstəlik bu hücumun əvvəlcədən dron vasitəsilə müşahidə edildiyi də məlum olub.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Terror   Suriya-Türkiyə   SQQ  


Bizi "telegram"da izləyin