ABŞ QQ “Stryker” üçün alternativ aktiv müdafiə sistemi axtarır

2018/08/67868_1534840218.jpg
Oxunub: 3197     17:29     21 Avqust 2018    
ABŞ Quru Qoşunları “Stryker” döyüş vasitəsində istifadə etmək üçün alternativ aktiv müdafiə sistemlərini nəzərdən keçirir.

Ordu.az “Defense News”a istinadən xəbər verir ki, bu barədə QQ-nin mətbuat katibi Eşli Qivens bildirib.

Onun sözlərinə görə, qurum hazırda Virciniyada yerləşən kompaniyalardan birinin təklif etdiyi aktiv müdafiə sisteminin dəyərləndirməsini həyata keçirir və bu artıq dördüncü belə sistemdir.

Qiymətləndirmə “Stryker” platforması üzərində baş tutacaq. Buna baxmayaraq, qurum hələ də başqa təkliflərə açıqdır və alternativ təkliflər gözləyir.

Qeyd edək ki, təxminən bir il öncə ABŞ QQ “Stryker”, “Abrams” və “Bradley” döyüş vasitələri üçün aktiv müdafiə sisteminə ehtiyac olduğunu elan edib. Bu vaxta qədər “Abrams” üçün “Rafael”in “Trophy”, “Bradley” üçün başqa bir İsrail şirkəti olan IMI-nın “Iron Fist” və “Stryker” üçün “Herndon”un “Iron Curtain” sistemləri seçilib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   QQ   Stryker  


Bizi "telegram"da izləyin