Ordu.az xəbər verir ki, Tramp bu barədə “Reuters”ə verdiyi xüsusi müsahibəsində danışıb.
Müsahibə zamanı iki lider arasında iyunun 12-də baş tutmuş sammitə diqqət çəkərək, Şimali Koreyanın nüvəsizləşmə istiqamətində ciddi addımlar atdığına inandığını vurğulayıb.
O, Şimali Koreya ilə bir çox yaxşı işlərin görüldüyünü bildirsə də, Pxenyanı nüvə silahlarından imtinaya məcbur etmək məqsədilə tətbiq olunan təzyiqləri də müdafiə edib.
Tramp bu məsələdə ən çox Çindən şikayətlənib. Belə ki, onun sözlərinə görə, ABŞ-la arasında olan ticarət mübahisələrinə görə, Çin KXDR məsələsində artıq əvvəlki kimi kömək etmir.
Sözügedən böhranın həllindəki uğurlarını xatırladan Tramp bu fikirləri səsləndirib: “Şimali Koreyanın nüvə sınağını dayandırdım. Onların raket sınağını dayandırdım. Yaponiya həyəcanlıdı. Nə baş verir? Kim bilir, yaşayıb görəcəyik”.
Ağalar Ağalarlı
Ordu.az