Ağ Evdən Pentaqona cavab: Paradla bağlı qərarlar ortaq şəkildə qəbul olunub

2018/08/5345_1534838793.jpg
Oxunub: 3442     16:05     21 Avqust 2018    
ABŞ Prezident Administrasiyasından Pentaqonun hərbi paradla bağlı verdiyi bəyanatına cavab verilib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Ağ Evin məsələ ilə bağlı bəyanatını mətbuat katibi Sara Sanders bildirib.

O qeyd edib ki, Prezident Administrasiyası və birbaşa Donald Tramp hərbi paradla bağlı verdiyi bütün qərarlarda Pentaqonla yaxın dialoqda olub.

“Müdafiə naziri Ceyms Mettislə prezident Donald Tramp arasında hərbi paradla bağlı 2 həftəyə ərzində intensiv müzakirələr aparılıb. Eyni zamanda general Kelli də bu danışıqlarda müəyyən qədər iştirak edib. Pentaqondan səsləndirilən iddiaların əksinə olaraq bu qərarlar ortaq razılıq əsasında əldə edilib: həm paradın keçirilməsi, həm təxirə salınması, həm də ləğv edilməsi”, - deyə bəyanatda vurğulanıb.

Qeyd edək ki, Pentaqondan verilən bəyanatda hərbi paradla bağlı bütün qərarları Ağ Evin tək başına verdiyi və buna görə də bu qərarlarda Pentaqonun məsuliyyət daşımadığı deyilib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pentaqon   Tramp   Hərbi-parad  


Bizi "telegram"da izləyin